BURADA REKLAMINIZ OLA
BİLƏR

Meşədə söyüşə görə tanışını güllələyərək öldürən şəxsə AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd: Hadisə 2023-cü ilin sentyabrın 14-də Oğuz rayon, Mollalı kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi olan tanışı Toğrul Kərimovu sözügedən kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürüb. Pərvin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İttihama görə, Pərvin Məmmədovun Toğrul Kərimova 3000 manat məbləğində borcu olub. Buna görə Toğrul onu və ailə üzvlərini təhqir edib. Onlar aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi məqsədi ilə Toğrul Kərimovun təklifi ilə sentyabrın 14-ü saat 14 radələrində Oğuz rayonu, Mollalı kəndinin yuxarı hissəsində yerləşən meşəlik ərazidə Pərvinlə ilə görüşüb. Bu zamanı Toğrul onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb. Sonra Pərvin tanışını öldürmək qərarına gəlib və bu məqsədlə Toğrul Kərimovun əlində olan qoşalüləli ov tüfəngini onun əlindən alıb. Daha sonra o, toğrulu güllələyərək qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 30 İyul 2024, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin