BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB məlumat yaydı – SON DƏQİQƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) alış-veriş zamanı COVID-19 infeksiyasından qorunma yolları haqqında məlumat yayıb.

 

Pravda.az-ın xəbərinə görə, məlumatda onlayn alış-verişə üstünlük verməyin zəruiliyi qeyd olunub:

 

- Mümkündürsə, onlayn alış-verişə üstünlk verin.

 

-Alış-verişə ailənizdən bir nəfər göndərin.

 

-Pik saatlarda mağazaya getməkdən çəkinin və yaşadığınız yerə yaxın mağazaya getməyə çalışın. Xəstəsinizsə, mağazaya getməyin.

 

-Mağaza daxilində asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu salfetlə örtün və ya dirsək bükümünüzdən istifadə edin.

 

-Maska taxın və heç bir halda çıxarmayın, əlinizlə üzünüzə toxunmayın.

 

-Digərləri ilə fiziki məsafə saxlayın.

 

-Ödəniş etdiyiniz kartı dezinfektantla təmizləyin.

 

-Ödənişdən sonra spirt tərkibli dezinfektantla əllərinizi təmizləyin.

 

-Evə qayıtdıqda əllərinizi mütləq su və sabunla yuyun.

Tarix: 5 İyun 2020, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin