BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkimləri şantaj edən “Dünya Kriminalı” qəzetinin əməkdaşına cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vüqar Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vüqar Musayev  “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə Zaqatala və Şəki rayonları ərazisində bir neçə vəzifəli şəxsdən hədə-qorxu yolu ilə pul tələb edib. Onların sırasında Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin sabiq müavini Səxavət Cavadov, Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi və Zaqataladakı sahibkarlar olub. 

 

Qeyd: Vüqar Musayev barəsində daha əvvəl Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılmışdı.

 

Kamal Məmmədov

Tarix: 30 İyul 2024, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin