BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi qızını döyən şəxsi bıçaqladı - MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Nazim Kərəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Nazim Kərəmov dərhal həbsdən azad olunub.

 

İttihama görə, hadisə 21 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəmir yolu keçidinin yaxınlığında qeydə alınıb. Belə ki, Nazim Kərəmov qızının ailəsində baş vermiş mübahisələrdən dolayı övladının qaynı, zərərçəkmiş Samir Qafarova (soyadı şərti) irad bildirib. Mübahisə zamanı Samir onu yumruqla vurub. Bu zaman Nazim istintaqla müəyyən edilməyən predmetlə zərərçəkmişin qarın, qasıq və kürək nahiyəsinə qəsdən vuraraq, ona xəsarətlər yetirib. Hadisədən sonra Nazim Kərəmov saxlanılaraq istintaqa cəlb edilib.

 

O, istintaqa ifadəsində bildirib ki, qızının qayını və qayınanası övladını döyüb. Hadisə də elə bunun üstündə qeydə alınıb.

 

Kamal Məmmədov

Tarix: 30 İyul 2024, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin