BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda qətl törədən şəxsdən xəbər var

Abşeronda adam öldürməkdə təqsirləndirilən Stanislav Yakuşevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 30-na təyin edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin avqust ayında Abşeron rayonunun Masazır kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittiham hökmü çıxarıb.

 

Kamal Məmmədov

Tarix: 30 İyul 2024, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin