BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Tələbələri incitməyək”

“Bəzi universitetlər onlayn dərslərdə iştirak etməyən tələbələrə çətinlik yaradır”.

 

Pravda.az, bunu deputat Naqif Həmzəyev parlamentdə çıxışında deyib. O bildirib ki, karantin dövründə hər kəsin internetə çıxış imkanları olmaya bilər: “Onsuz da çətin vəziyyətdəyik. Çalışaq ki, tələbələri incitməyək. Onları növbəti semestrə keçirək”.

 

Deputat, həmçinin Hindistanın müxtəlif ştatlarında qalan azərbaycanlıların ölkəyə gətirilməsinə görə ölkə başçısına təşəkkür edib.

Tarix: 5 İyun 2020, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin