BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN: Gəmidə yanğının söndürülməsi tədbirləri davam edir, heyət üzvləri təxliyə olunub - YENİLƏNDİ - 2

Xəbər verildiyi kimi, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

 

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

 

09:43

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

***

09:04

 

Bakıda gəmidə yanğın başlayıb.

 

Hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.

 

Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsiz yerə köçürülüb. Təxliyə prosesində digər bir gəmidən istifadə edilib.

 

Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.

 

Trend

Tarix: 31 İyul 2024, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin