BURADA REKLAMINIZ OLA
BİLƏR

Federal Ehtiyat Sistemi uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (Fed) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

 

Bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

 

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

 

Qeyd olunub ki, inflyasiyanın davamlı olaraq 2 %-ə yaxınlaşdığından daha çox əminlik yaranana qədər uçot dərəcə diapazonunu aşağı salmaq məsləhət görülmür.

 

Bununla da Fed ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib./Report

Tarix: 31 İyul 2024, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin