BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur cərraha protokol yazıldı

Fəttah-Pur Vüqar Əli oğluna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Vüqar Fəttah-Pur fleboloq cərrahdır.

 

Xəyal Quliyev

Tarix: 1 Avqust 2024, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin