BURADA REKLAMINIZ OLA
BİLƏR

“Parkovşik” onu təhqir edən sərxoş kişini döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Emin Salayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib. 

 

İttihama görə, hadisə 26 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yanında qeydə alınıb.

 

Belə ki, Emin Salayev sözügedən marketin qarşısında avto dayanacağa nəzarət edən zaman oraya taksi ilə gələn zərərçəkmiş Samir Yusifovun (soyadı şərti) sürücü ilə sözlə mübahisə etməsini görüb. Bu zaman o, həmin şəxsi sakitləşdirib avtomobildən düşməyini təklif edib. Sərxoş vəziyyətdə olan Samir isə təqsirləndirilən şəxsi söyüb. Sonra onların “Araz” marketin arxasına keçib. Zərərçəkmiş yenidən Samiri söyməyə başlayıb. Bu zaman Emin yumruqla onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə vurub yerə yıxaraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Emin Salayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2024, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin