BURADA REKLAMINIZ OLA
BİLƏR

Dava zamanı adam bıçaqlayan şəxslə bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Sarxan Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 2022-ci ilin noyabr ayında Bakının Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, Sarxan Kərimov dava zamanı 1994-cü il təvəllüdlü Hüseynov Ziya Cabir oğlunu ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Daha sonra Sarxan Kərimov Nizami Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2024, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin