BURADA REKLAMINIZ OLA
BİLƏR

Vladimir Putin bu gün ölkəyə qaytarılan şəxsləri əfv edib

Vladimir Putin məhbusların mübadiləsi çərçivəsində bu gün Rusiyaya qaytarılan şəxslərin əfv edilməsi haqqında fərman imzalayıb.

 

Rusiya prezidenti Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrovu əfv edib.

 

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl ölüm cəzasına məhkum edilmiş Riko Krigeri əfv edib. Onun da azad edilərək Almaniyaya göndərildiyi bildirilir./Trend

Tarix: 1 Avqust 2024, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin