BURADA REKLAMINIZ OLA
BİLƏR

Hakim AYNA-nın qərarından şikayət etdi

Xətai Rayon Məhkəməsinin hakimi Abbasova İlahə Namiq Kamal qızına protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Publik Hüquqi Şəxsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci (Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İ.Abbasova qərardan şikayət verib. İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 2 Avqust 2024, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin