BURADA REKLAMINIZ OLA
BİLƏR

Çayxanada tanışını bıçaqlayan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Gəncə Apellyasiya Məhkəməsində Tovuzda tanışını bıçaqlamaqda təqsirləndirilən Canpolad Xanmirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Hadisə 2023-cü ilin aprelin Tovuz rayonu Köhnəqala kəndində fəaliyyət göstərən çayxanada baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məşədilər kənd sakini Xanmirzəyev Canpolad Çapay oğlu aralarında olan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı 1989-cu il təvəllüdlü Alıyev Elsevər Məlik oğlunu bıçaqla vurub. Canpolad Xanmirzəyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarıb.

 

Kamal Məmmədov

Tarix: 2 Avqust 2024, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin