BURADA REKLAMINIZ OLA
BİLƏR

Meşə yanğınına müdaxilə edən helikopter suya düşdü

Türkiyənin Adana vilayətinin Kozan rayonunda meşə yanğınına müdaxilə edən helikopter su götürərkən qəzaya uğrayıb.

 

Bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib.

 

Bildirilib ki, ərazidəki meşə yanğınına müdaxilə etmək üçün iki helikopter havaya qalxıb.

 

“Onlardan biri su götürərkən qəzaya uğrayıb. Helikopterdə olan beş nəfərin hamısının səhhəti yaxşıdır”, - vali vurğulayıb.

 

Report

Tarix: 2 Avqust 2024, 20:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin