BURADA REKLAMINIZ OLA
BİLƏR

İş adamına 1 milyon manat “atan” biznesmen kassasiya şikayəti verdi

Bakıda biznesmenə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Orucəli Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 8-nə təyin edilib.

 

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, 1962-ci il təvəllüdlü Orucəli Abbasov paytaxtın Dərnəgüldə metal bazarı adlanan ərazisindən iş adamı Əbdülhəsən Səfərovdan 1 milyon 44 min manatlıq metal boruları pulunu sonradan ödəmək vədi ilə götürsə də, həmin pulları ödməyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə iş adamı Əbdülhəsən Səfərov bildirib ki, Orucəli Abbasov ondan aldığı külli miqdarda boruların pulunu müxtəlif sahələrə xərcləyib. O həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs şahidlərə təzyiqlər göstərib, onların ifadələrini dəyişməsi üçün təkliflər edib. Orucəli Abbasov isə deyib ki, satdığı malların pulunun böyük hissəsini verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucəli Abbasov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Avqust 2024, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin