BURADA REKLAMINIZ OLA
BİLƏR

Politoloq axtarışa verildi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti siyasi ekspert Fyodor Kraşeninnikov barəsində axtarış elan edib.

 

Bu barədə məlumatı xidmətin Mətbuat Mərkəzi yayıb.

 

Bununla belə, onun ittiham olunduğu maddələr açıqlanmayıb.

 

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Rusiyanın Ədliyyə Nazirliyi onu “xarici agent” elan edib. O zaman mətbuata açıqlama verən F. Kraşeninnikov deyib ki, ona “Xarici agentlər haqqında qanun”un tələblərini pozmaq epizodu üzrə ittiham verilib.

 

APA

Tarix: 5 Avqust 2024, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin