BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhşətli təyyarə qəzası: 5 nəfər öldü

ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə yerli polisə istinadla “Fox” televiziyası məlumat verib.

 

Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.

 

ABŞ Federal Aviasiya Administrasiyasının bildirdiyinə görə, təyyarə qasırğaya düşüb. Hadisənin digər təfərrüatları açıqlanmır.

Tarix: 6 İyun 2020, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin