BURADA REKLAMINIZ OLA
BİLƏR

İTV-yə protokol yazıldı

İctimai Televiziya və Radio Yayımları Şirkətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü (Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə tərtib edilib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 6 Avqust 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin