BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamala Harris vitse-prezidentini seçib

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris seçiləcəyi təqdirdə vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb.

 

Prezident seçkiləri kampaniyasında onunla birlikdə hərəkət edəcək şəxs Minnesota qubernatoru 60 yaşlı Tim Valzdır.

 

Kamala Harris bu gün Filadelfiyada keçirəcəyi görüş zamanı vitse-prezident postuna namizədini xalqa təqdim edəcək.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Tarix: 6 Avqust 2024, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin