BURADA REKLAMINIZ OLA
BİLƏR

İlon Mask “X” sosial şəbəkəsini boykot edənlərə “müharibə” elan etdi

Amerikalı sahibkar İlon Mask sahibi olduğu "X" sosial şəbəkəsini boykot edən şirkətlərə “müharibə” elan etdiyini söyləyib.

 

Bu barədə İ.Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"İki ildir sülhü, indi müharibəni sınayaq", - paylaşımda deyilir.

 

"X" şirkəti məsul media üzrə Qlobal Alyansı, Ümumdünya Reklamçılar Federasiyasını və ayrı-ayrı şirkətləri məhkəməyə verib. Səbəb sosial şəbəkənin səhifələrində reklam yerləşdirməyən şirkətlər tərəfindən "sistematik qanunsuz boykot"udur.

 

Report

Tarix: 7 Avqust 2024, 06:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin