BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda türk iş adamına protokol yazıldı

Türkiyəli iş adamı Durdu Ali barəsində inzibati prtokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 199-cu (İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazılıb.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.

 

Qeyd: D.Ali "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisidir.

 

Xəyal Quliyev

Tarix: 7 Avqust 2024, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin