BURADA REKLAMINIZ OLA
BİLƏR

"Synergy Trading" gömrük qaydalarını pozdu

"Synergy Trading" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 7 Avqust 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin