BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranda yeməklərə dərman qatan aşpaz tutuldu

Müştərilərin yeməklərinə dərman əlavə edən 2 aşpaz saxlanılıb.

 

Çinin Nantune restoranında çalışan aşpazlar vaxtı keçmiş və köhnə məhsullardan yemək hazırladıqları üçün müştərilərin zəhərlənməməsi üçün yeməklərə ishal dərmanı və xüsusi toz qatırdılar ki, yemək mədə-bağırsağa neqativ təsir etməsin.

 

İşin üstünü işə təzə gələn işçi açıb. O mətbəxdə dərman qoxusu hiss edib və aşpazların yeməklərə nəsə səpdiyini görüb.

 

Hər iki aşpaz həbs edilib və restoran cərimələnib.

 

Aşpazlara 2 il həbs verilib.

 

Onların etirafına görə, 1620 yeməyə belə dərman qatıblar.//Medicina.az

Tarix: 7 Avqust 2024, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin