BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xırdalan”, “Tuborg”, "Kuler” və “Baltika 9" pivələrinin istehsalçısı yenə hakim qarşısında

"Calsberg Azerbaijan" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

 İş Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın icraatındadır.

 

Qeyd:  Baş direktoru Alius Antulis olan "Carlsberg Azerbaijan" şirkəti "Xırdalan”, "Tuborg”, "Xırdalan Draft”, "Xırdalan Export”, "Kuler”, "Əfsanə”, "Baltika 7", "Baltika 0", "Baltika 9", "Jiqulyovskoye firmennoye", "Kvas Taras" pivələrini istehsal edir.

 

Xəyal Quliyev

Tarix: 8 Avqust 2024, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin