BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank "Çörəkçi" əmtəə nişanının sahibinə protokol yazdı

"Delta Qrup C.O." MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

 

Qeyd: Şirkət çörək və şirniyyat çeşidləri istehsal edən "Çörəkçi" əmtəə nişanının sahibidir. MMC bir müddət əvvəl ləğv olunduğunu elan edərək “Mars Overseas Baku LTD” MMC-yə qoşulub.

 

Xəyal Quliyev

Tarix: 8 Avqust 2024, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin