BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını zorlamağa və öldürməyə cəhd edən şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və zorlamağa cəhddə təqsirləndirilən Mehman Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: 2023-cü il oktyabrın 19-da 1984-cü il təvəllüdlü Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Kamal Məmmədov 

Tarix: 8 Avqust 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin