BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfərin öldüyü partlayışla bağlı ittiham olunan şəxsin cəzası artırıldı

Gəncə Apellyasiya Məhkəməsində Ağstafa rayonunda 2 nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Yamin Əkbərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest təmin edilib, Ağstafa Rayon Məhkəməsinin çıxardığı 2 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, cəzası 3 ilə qaldırılıb. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: 2023-cü il aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Daha sonra Yamin Əkbərov cinayət məsuliyyətinə cəlb edilib, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilib.

 

Kamal Məmmədov 

Tarix: 8 Avqust 2024, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin