BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəhliz maddəsinin çıxarılması sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Biz yalnız Zəngəzur dəhlizi ilə bağlı məsələyə köklənməməliyik. Burada regional kommunikasiyaların açılmasından, yəni bütün kommunikasiyalardan söhbət gedir. Zəngəzur dəhlizi də həmin kommunikasiyaların tərkib hissəsidir. Eyni zamanda Ermənistanın da təklif etdiyi sülh qovşağı ideyası məsələsi var. Ermənistanın təklif etdiyi xəritəyə baxsanız, görərsiniz ki, orada da Zəngilandan Ordubada istiqamətlənən həm dəmiryolu, həm də avtomobil yolu var. Biz bunun adını “Zəngəzur dəhlizi” qoyuruq. Bu, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərkib hissəsidir”. 

 

Bu sözləri Pravda.az-a politoloq Fərhad Məmmədov regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarılması barədə danşarkən deyib. 

Laçın və Zəngəzur koridorları: “Azərbaycan qlobal layihənin mərkəzindədir”  - Fərhad Məmmədov

“Azərbaycanla Ermənistan arasında əsas ziddiyyət Zəngəzur dəhlizi və onun marşrutu ilə deyil, fəaliyyət rejimi ilə bağlıdır. Əgər bu məsələ öz həllini tapmırsa, tərəflər razılığa gəliblər. Azərbaycanın yüksək vəzifəli diplomatları, həm də Ermənistanın Xarici İşlər Nazirliyi təsdiq etdi ki, nəqliyyat-kommunikasiya məsələlərinin hamısı, yəni bütöv mövzu sülh sazişindən çıxıb, sülh sazişindən sonra əlavə müzakirə predmetinə çevriləcək. Çünki Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bizim üçün Zəngəzur dəhlizinin olması vacibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu dəfələrlə bildirib. Marşrut olaraq dəhlizi Ermənistan tərəfi qəbul edir, lakin onun fəaliyyət rejimi ilə bağlı ziddiyyətlər var. Azərbaycanın ikinci mövqeyi isə budur ki, Zəngəzur dəhlizi olmasa, digər nəqliyyat-kommunikasiya xətləri açılmır. Belə bir vəziyyətdəyiksə, onda qərar qəbul edirik ki, dəhliz maddəsi çıxarılsın. Bu, sülh müqaviləsində ziddiyyətlərin sayının azaldılmasına gətirib çıxaran məqamdır”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 8 Avqust 2024, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin