BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat gəncləri ağac əkmə aksiyalarında fəal iştirak etməyə çağırdı

Milli Məclisin deputatı Naqif Həmzəyev gəncləri ağac əkmə aksiyalarında fəal iştirak etməyə çağırıb.

 

Pravda.az-ın xəbərinə görə, N.Həmzəyev deyib ki, 1 ağac orta hesabla bir ildə 114 kq oksigen istehsal edir.

 

Deputatın sözlərinə görə, 2 böyük ağac 4 nəfərlik bir ailənin illik oksigen ehtiyyacını qarşılayır: “Bunları nəzərə alaraq bütün dostlarımı, gənclərimizi ağac əkmə aksiyalarında fəal iştirak etməyə səsləyirəm. Gəlin günlük oksigen ehtiyaclarımızı qarşılamağımız üçün öz ağaclarımızı birlikdə əkək! Azərbaycanımızı yaşıllaşdıraq!”

 

Qeyd: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkə ərazisində 650 min ağac əkiləcək

Tarix: 6 Dekabr 2019, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin