BURADA REKLAMINIZ OLA
BİLƏR

Fikrət Sadıqov: "Hansısa ölkə dağılacaqsa, parçalanacaqsa, bunun digər ölkələrə nə aidiyyatı var?"

Belarus Prezidenti Aleksandr Lukaşenkonun MDB ölkələrinin daxili işlər nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşdə səsləndirdiyi bəyanat müzakirəsiz ötüşməyib. Belarus liderinin “Əgər Rusiya Ukraynaya qarşı müharibədə məğlub olaraq dağılsa, o zaman bütün MDB ölkələri bu vəziyyətə düşəcək” deməsi birmənalı qarşılanmayıb. 

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən politoloq, sabiq diplomat Fikrət Sadıqov isə deyib ki, Lukaşenkonun  açıqlaması müəyyən suallar doğurur. 

 

“Hansısa ölkə dağılacaqsa, parçalanacaqsa, bunun digər ölkələrə nə aidiyyatı var? Rusiya kiməsə himayədarlıq edir və bu himayədarlıq artıq sona yetirsə, ola bilsin, həmin ölkələrdə nəsə baş versin. Heç də o demək deyil ki, bu, bütün respublikalara şamil olunan məqamdır. Əlbəttə, bu, mənfi bir haldır, çünki müəyyən problemlər yarana bilər. Məsələn, sərhəddə. Qaçqın problemi gündəmə gələ bilər. Azərbaycan kifayət qədər güclü oyunçudur - həm MDB məkanında, həm də dünya siyasəti çərçivəsində. Digər regionlarla da münasibətlərimiz iqtisadi, siyasi, humanitar sahələrdə yaxşıdır, normaldır. Hansısa dövlət dağılırsa, bu, həmin dövlətin öz zəifliyidir. Onun dağılmasının Azərbaycana heç bir mənfi təsiri olmayacaq...”, - F.Sadıqov bildirib. 

 

Aytəkin Qardaşova

 

Tarix: 9 Avqust 2024, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin