Zəngəzur dəhlizi layihəsi Azərbaycan üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, eyni zamanda strateji layihədir. Bu layihənin reallaşması Azərbaycanım təbii hüququdur. Dövlət başçısı İlham Əliyev də bunu dəfələrlə bəyan edib. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda dəhliz məsələsi öz əksini tapıb. Bəyanatda “Zəngəzur dəhlizi” sözü olmasa da, Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” terminini sonradan geosiyasi leksikona daxil edib. Üçtərəfli Bəyanatda da açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan bunu təmin etməlidir. Qarşılıqlı razılaşma əsasında regional kommunikasiyalara dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması isə prosesin yeni mərhələdə irəliləyəcəyindən xəbər verir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində dəhliz maddəsinin gündəlikdən çıxarılması çox önəmli addımdır.
![]()
O bildirib ki, bu maddə ilə bağlı kifayət qədər böyük ziddiyyətlə mövcud idi: “Rusiya tərəfi dəhliz üzərində nəzarəti həyata keçirmək iddiasındadır və bu iddialarından geri çəkilmir. Üçtərəfli birgə bəyanatın 9-cu maddəsində də məhz bu barədə söz açılır. Regionda və dünyada geopolitik mənzərə dəyişir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gedən müharibə və onun daha da gərgin mərhələyə qədəm qoyması gözləntiləri, çağırışları regionumuzu bürüyüb. Bu baxımdan Azərbaycan və Ermənistan sülhdə daha israrlı və əmin olmaq üçün kommunikasiyaların açılması, dəhlizlərin, nəqliyyat arteriyalarının işə düşməsi kimi çox önəmli məsələləri növbəti mərhələyə qoyur. Azərbaycan hazırda əldə olunan fundamental razılaşdırılmış prinsipləri hüquqi cəhətdən imzalamaqla sülh yolunda daha da irəliləməkdə maraqlıdır. Düşünürəm, bu, bölgədəki sülh təhlükəsizliyi və sabitlik sisteminin daha da möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.
Siyasi şərhçi Abutalıb Səmədov isə deyib ki, sülh sazişinin imzalanmasının ləngidən əsas səbəblərdən biri kommunikasiyaların açılması ilə bağlı idi:

“Sonuncu Almatı görüşünün uğursuz olmasının bir səbəbi də görüş başlayan anda Ermənistan xarici işlər nazirinin verdiyi bəyanat oldu. O, açıq şəkildə dedi ki, kommunikasiyalar dövlətlərin suverenliyi, yurisdiksiyası, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmalıdır. Danışıqlar başlamalıdır, xarici işlər naziri isə belə bir bəyanat verir. Təbii ki, Azərbaycan bunu qəbul etmir. Dəfələrlə də bunu deyib. Azərbaycandan Azərbaycana gələn yolla Ermənistandan Çinə, yaxud Mərkəzi Asiyaya gedən yolun statusu bərabər ola bilməz. Burada bərabərlik və qarşılıqlılıq prinsipi də gözlənilə bilməz. Üçtərəfli 10 noyabr bəyanatına görə, müəyyən tələblər var ki, Ermənistan bundan da imtina etmək istəyir. Dəhliz maddəsinin razılaşdırılması qeyri-mümkün idi. Çünki Azərbaycan öz mövqeyindən imtina etmək fikrində deyildi. Ermənistan da son Almatı görüşündə olduğu kimi eyni məsələni dönüb-dönüb təkrar edirdi. Yeri gəlmişkən, Qranada prinsiplərində də üçüncü bənd olaraq kommunikasiyaların açılması nəzərdə tutulmuşdu. Bunu Avropa İttifaqının təmsilçisi, Fransa Prezidenti, Almaniyanın Kansleri və Ermənistanın Baş naziri imzalamışdı. Yəni bu, ciddi bir maneə idi. Dəhliz maddəsinin sülh sazişinin mətnindən çıxarılması danışıqların bundan sonra aparılmasını xeyli asanlaşdırdı. İndi isə əsas maneə Konstitusiyanın preambulasının dəyişdirilməsidir. Hesab edirəm, Ermənistan bunu qısa müddətdə etməlidir. Bunun üçün refenduma ehtiyac yoxdur. Ermənistan parlamenti bu barədə qərar verə bilər. Üçdə iki səs çoxluğu tələb olunur. Bu səs çoxluğu isə Paşinyanın rəhbərlik etdiyi partiyada var. Sülh sazişinin imzalanması bölgənin əməkdaşlıq, təhlükəsizlik bölgəsinə çevrilməsi istiqamətində atılan mühüm addımdır. Azərbaycan bunu istəyir. Təbii ki, iqtisadi əməkdaşlığa da, digər sahələrdəki əməkdaşlıqlara da mütləq Ermənistan qoşulmalıdır. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, Ermənistan normal qonşu olmağı və əməkdaşlıq etməyi öyrənməlidir. Bu, ilk növbədə ermənilərin maraqlarına cavab verir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin