BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın sərhəd-keçid məntəqələrində YENİLİK

Azərbaycanda nəqliyyat vasitələri ilə ölkə sərhədindən çıxan zaman iş adamları və fiziki şəxslər üçün sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin tətbiqinə başlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

 

Onun sözlərinə görə, növbəti ildə bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olunacaq.

 

Komitə sədri həmçinin "Yaşıl dəhliz" sisteminin tətbiqinə toxunaraq qeyd edib ki, bu sistemin bu ilin fevralından tətbiqinə baxmayaraq, ümumi ticarət dövriyyəsi 6,4 mlrd. ABŞ dollarını ötüb. Hesab edirəm, gələn il bu rəqəm daha da artacaq.

Tarix: 6 Dekabr 2019, 10:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin