BURADA REKLAMINIZ OLA
BİLƏR

Güloğlan Cabbarov: “Onlar müharibə vaxtı avtobusun arxa qapısından qaçanlardan olublar”

“Son zamanlar şəhid ailələri barəsində təhqir dolu fikir səsləndirən hərəkat sədri ilə bağlı cəmiyyətin bütün təbəqələrindən olan insanlar öz etirazını bildiriblər. Problem ondandır ki, cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələri ilə bağlı heç kim ağzına gələn ifadəni səsləndirə bilməz. Bəlkə də belə fikir səsləndirənlər müharibə dövründə avtobusun qabaq qapısından minib arxa qapısından düşüb qaçanlardan olub...”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputatlığa sabiq namizəd Güloğlan Cabbarov deyib.

 

“İndi belələrinin şəhid anaları barəsində nalayiq ifadə işlətməsi, təbii ki, yol verilməzdir. Azərbaycan dövləti qüdrətli dövlətdir. Bizim hamımızın bir amalı var ki, ölkəmizi daim inkiaşf etdirək. Sosial baxımından imkansız, şəhid və qazilərimizin bütün tələbatlarını ödəyək. Azərbaycan hökuməti başda cənab Prezident İlham Əliyev olmaqla Mehriban xanım Əliyeva daim şəhid ailələrinə qarşı xüsusi diqqət və qayğı göstəriblər. Onların mənzil təminatının yaxşılaşdırılması, sosial ödənişləri və digər gözəştləri var. Bu o demək deyil ki, onlara edilən artıqdır. Xeyr, əksinə biz şəhid ailələrini əlimizin içində saxlamalıyıq. Onlara dövlətin etdikləri ilə yanaşı biz də dəstək olmalıyıq, kömək etməliyik. Bəlkə də onların maddi baxımından heç nəyə ehtiyacı yoxdur. Biz bunu mənəvi cəhətdən etməliyik. Bu dəstək canımızda can olduğu sürədə davam etməlidir” – G.Cabbarov qeyd edib.

Tarix: 7 İyun 2020, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin