BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar rəssama qarşı dələduzluq edən şəxsdən xəbər var

Bakıda dələduzluqda təqsirli bilinən Ələddin Atakişiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 14-nə təyin edilib.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələddin Atakişiyevin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.  
İttihama görə, əməkdar rəssam Yelena Haqverdiyeva dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb.  
Yelena Haqverdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ələddin Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib.  

 

Ələddin Atakişiyev eyni əməli daha 6 nəfərə (İdris Əliyev, Qasım Dadaşov, Rüfət Muradov, Çingiz Adıgözəlov, Rafiq Orucov və Kərim Cəfərov) qarşı törədib.  

 

Qeyd: 1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Yelena Haqverdiyeva 2018-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb.  


İstintaq orqanı tərəfindən Ələddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 12 Avqust 2024, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin