BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu bıçaqlayan şəxs məhkəməyə müraciət etdi

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Elməddin İskəndərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 14-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. E.İskəndərov səs-küy səbəbindən yaranmış mübahisə zəmnində qonşusu Murad Mamedova bıçaqla xəsarət yetirib. M.Mamedov isə onu "beşbarmaq"la vurulub.

 

E.İsgəndərova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyətilə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

 

Onu da qeyd edək ki, E.İskəndərovun şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində M.Mamedova qarşı cinayət işi başlanıb, istintaq aparılır.

 

Kamal Məmmədov

 

Tarix: 12 Avqust 2024, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin