BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan iş adamı apellyasiya şikayəti verdi

Bakıda quru meyvə satışı ilə məşğul olan iş adamı Elman Ağasıyev hökmdən narazıdır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 13-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Ağasıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Qəbələ rayon sakini Elman Ağasıyev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində hüquq-mühafizə orqanlarına 4 nəfərin şikayət etdiyi qeyd olunur. Məlumata görə, Elman Ağasıyev həmin şəxslərin müvafiq olaraq 10.000, 85.850, 132.000 və 18.000 manat məbləğində vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

 

Quru meyvə alqı-satqısı ilə məşğul olan tərəflər arasında narazılıq yaranıb və araşdırma zamanı onun külli miqdarda dələduzluq etdiyi üzə çıxıb.

 

Kamal Məmmədov

Tarix: 12 Avqust 2024, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin