BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil İdarəsinin pulunu mənimsəyən məktəb direktoruna hansı cəza verildi?

1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru olmuş Əmrah Səfərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 13-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Ə.Səfərovun evi və maşını müsadirə edilib.

 

İttihama görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. 

 

İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınır.

 

Qeyd: Xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.

 

Kamal Məmmədov

Tarix: 12 Avqust 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin