BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalmaqallı namizəd Anar Məmmədovun köməkçisi: "Hər şey dürüstdür, şəffafdır"

Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindəki digər namizədlərin A.Məmmədova qarşı etirazlarına, Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlamalarına münasibət bildirib. 

 

E.Cahangirov Pravda.az-a açıqlamasında bunları deyib: “Bu məsələ barədə mövqeyimiz bizim fəaliyyətimizdir. İşimizin üstündəyik. Dövlətimizə, dövlətçiliyimizə xidmət edirik. Mövqeyimiz gördüyümüz işlərdir”.

 

E.Cahangirov əməkdaşımızın Anar Məmmədovun təşviqata vaxtından əvvəl başlaması barədə sualına isə belə cavab verib: “Dairədən soruşun. Biz o işlərə qarışmırıq. Sosial şəbəkələrdə fəəliyyətimizi izləyin, mövqeyimiz oradadır. Orada hər şey dürüstdür, şəffafdır”.
 

Aytəkin Qardaşova 

Tarix: 13 Avqust 2024, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin