BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident sərəncam imzaladı: 400 000 manat...

Prezident İlham Əliyev "Fransanın Paris şəhərində keçirilən XXXIII YayOlimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, Sərəncamla XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

 

1. birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;

 

2. ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

 

3. üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

 

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Tarix: 13 Avqust 2024, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin