BURADA REKLAMINIZ OLA
BİLƏR

DƏMX və Abdolbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan mağazalar şəbəkəsi arasında çəkişmə - İşçilər qanunsuz işlədilib

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və "Bazarstore" MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, dövlət qurumunun tərtib etdiyi protokola Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə avqustun 14-də növbəti dəfə baxılacaq.

 

Qeyd: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: MMC tanınmış iş adamı Abdolbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir. Müvafiq protokol holdinqə daxil olan bəzi şirkətlər barəsində də tərtib edilib. Görünür, milyonluq dövriyyəsi olan şirkət qanunun tələblərindən yayınmağa cəhd edir. 

 

Xəyal Quliyev

Tarix: 14 Avqust 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin