Reklam

Bakı metrosunda müzakirələrə səbəb olan reklam lövhəsi – tuneldə “lombard” - FOTO

Bakı metrosunun stansiyalarının birində platformada lombardın reklam lövhəsi asılıb.

 

Pravda.az-ın xəbərinə görə, reklam lövhəsində ünvanı işarə verən ox tuneli göstərir. Belə başa düşülür ki, 200 metrdən sonra, yəni, tuneldə lombard yerləşir.

 

Nicat Abdullayevin sosial şəbəkədə paylaşdığı foto müzakirələrə səbəb olub. İstifadəçilərdən bəziləri yazıb ki, reklam lövhəsi açıq hava üçün nəzərdə tutulub, amma səhvən metrostansiyasının platformasına da yerləşdirilib.

Fotoları təqdim edirik
Tarix: 6 Dekabr 2019, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin