BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Abşeronda qətl törədən şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda adam öldürməkdə təqsirləndirilən Stanislav Yakuşevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Hadisə 2023-cü ilin avqust ayında Abşeron rayonunun Masazır kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittiham hökmü çıxarıb.

 

Kamal Məmmədov

Tarix: 14 Avqust 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin