BURADA REKLAMINIZ OLA
BİLƏR

"AAAF-İnşaat" yazılan protokola bu tarixdə baxılacaq - Məcburi auditdən yayınıb

"AAA-İnşaat" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın sədrliyi ilə avqustun 22-də baxılacaq.

 

Qeyd: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 14 Avqust 2024, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin