BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta pul hazırlayan şəxslə bağlı qərar açıqlandı

Saxta pul hazırlamaqda təqsirləndirilən Rahib Zeynalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Rahib Zeynalov Bərdə rayonu Həsənqaya kəndi ərazisində yerləşən 588 saylı qəsəbədə özünə məxsus rəngli printer aparatı ilə 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayının 8-dək olan müddətdə saxta pul əsginasları hazırlayıb.

 

Daha sonra o, saxlanılaraq istintaqa cəlb edilib.

 

Bərdə Rayon Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Kamal Məmmədov

 

Tarix: 15 Avqust 2024, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin