BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizəd: “Bəxtiyar Əliyevi özümə rəqib bilmirəm”

“119 saylı Ağdam seçki dairəsində maneələr yoxdur. Seçicilərlə görüşlərimizi normal keçiririk. Bunu deyim ki, hökumətin nümayəndələrinə hökumət adamları kömək edirlər. Onlar icazə olmayan yerlərdə görüşlər keçirirlər. İdarələrdə, bələdiyyələrdə... Mənim üçün 119 saylı seçki dairəsində qeydə alınan namizədlərin heç biri problem deyil. Seçicilər onlara sual verirlər ki, deputat olmaq istəyirsiniz? Deyirlər ki, bəli. Soruşurlar ki, deputat olmaqda məqsədiniz nədir, nə edəcəksiniz? Heç biri bu suala cavab verə bilmir ki, deputat nə etməlidir, xalq, dövlət üçün nə edəcəklər. Camaat da deyir ki, deyəsən, bunlar maddi vəziyyətlərini yaxşılaşdırmaqdan ötrü deputat olmaq istəyirlər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında növbədənkənar parlament seçkilərində Azərbaycan Xalq Partiyasını (AXP) təmsil edən deputatlığa namizəd Hüseyn Behbudov deyib. 

 

O öz dairəsindəki digər 8 namizəd, xüsusilə, VI çağırış Milli Məclisin deputatı Bəxtiyar Əliyev barədə sakinlərin şikayətlərindən də danışıb: “Onlar mənim üçün rəqib deyillər. Heç birini özümə rəqib hesab etmirəm. Namizədlərlə görüşməmişəm. Mütəmadi camaatın içindəyəm. Camaat köhnə deputatların onlarla görüşlərə gəlmədiyini, maraqlanmadığını deyirsə, deməli, əllərində əsaslar var. Elin gözü tərəzidir. Dinmirlərsə, o demək deyil ki, heç kim heç nə bilmir. El deyirsə, deməli belədir”. 

 

H.Behbudov bildirib ki, insanların şikayəti əsasən işsizliklə əlaqədardır: “Əməkhaqqının, veteran pulunun az olması... Aran-Qarabağda insanlar su məsələsində çox çətinlik çəkirlər. Kəndlərdə iş yeri əkin-biçindir, buna da lazımi qədər su yoxdur...” 

 

Aytəkin Qardaşova 

Tarix: 15 Avqust 2024, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin