BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT: avqustun 15-i saat 22:00-dan avqustun 16-sı 01:00-dək...

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü kilometrində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avqustun 15-i saat 22:00-dan avqustun 16-sı 01:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu zaman yol bağlanmır.


Bu barədə Pravda.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.


Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Tarix: 15 Avqust 2024, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin