BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla 5 yaşlı qızı vuraraq öldürən şəxsə cəza verildi

Astara Rayon Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Hilal Hüseynovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd: Hadisə 29 yanvar 2024-cü il tarixdə, saat 11 Qanmışoba-Astara avtomobil yolunun Qamışoba kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Hüseynov Hilal Cavanşir oğlu idarə etdiyi "VAZ-21063" markalı avtomobillə qəfil yola çıxan 5 yaşlı Nəzərova Filiz Yadigar qızını vurub. Azyaşlı aldığı xəsarətlərdən ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2024, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin