BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Avrora” şirkətinin əməkdaşı ilə bağlı qərar verdi

Bərdədə təqsirləndirilən Qalib Bəşirovun (şərti) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, Qalib Bəşirov “Avrora” MMC-də Anbar Təsərrüfatı və Loqistika Departamentində sürücü vəzifəsində işləyib. O, Bərdə rayonunda çalışdığı müddətdə 2021-ci ilin noyabr ayında şirkətə məxsus ümumilikdə 13135 manat məbləğində energetik içkilərini dələduzluq yolu ilə ələ keçirib. Bərdə Rayon Məhkəməsinin hökmü ilə Qalib Bəşirov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin olunub, Bərdə Rayon Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib, ona 2 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Daha sonra qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2024, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin