BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışının qızıl külçələrini ələ keçirən şəxslə bağlı QƏRAR

Bakıda təqsirləndirilən M.Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, M.Əliyev zərərçəkmiş Y.Qasımovun ona yaranmış etibarından sui-istifadə edərək qızıl külçə verdiyi halda qısa müddət ərzində yaxşı qazanc verəcəyinə dair yalan vədlər verib. O, bu yolla 2020-ci illərdə həmin şəxsin 110 234 manat dəyərində qızıl külçələrini dələduzluq yolu ilə ələ keçirib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi təmin olunmayıb.

 

Kamal Məmmədov

Tarix: 16 Avqust 2024, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin